12 mart 2021 12:12
1147

“ASAN Login”də yeni videoqeydiyyat imkanı yaradılıb

Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN Login” sistemi üzrə yeni imkanın təqdimatını edib. 

"İki sahil" xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb. 

Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər.