26 mart 2021 14:42
1189

Şəhid ailələrinə geniş sosial dəstək göstərilir

Martın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Abdullazadə Qasım Əli oğlunun ailəsini ziyarət ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıblar, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti şəhidlərin və qazilərin qəhrəmanlıqlarını yüksək qiymətləndirir. Qeyd ediblər ki, şəhid ailələrinin və qazilərin problemlərinin həll edilməsi Azərbaycan hökuməti üçün prioritetdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Sonda şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Cavid Əkbərov,
“İki sahil”