Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb, 165 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Dəmir yolu rəsmilərinin sözlərinə görə, İsgəndəriyyə şəhərinə gedən sərnişin qatarının təcili əyləclərinin naməlum şəxslər tərəfindən işə salınmasından sonar arxadan gələn qatar sərnişin qatarına çırpılıb.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.