05 aprel 2021 00:55
894

Nasaz qayıqdan 109 miqrant xilas edildi - FOTO/VİDEO

Türkiyədən İtaliyaya qaçqın aparmağa hazırlaşan nasaz qayıqdan 109 nəfər xilas edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AA məlumat yayıb.

Bildirilib ki, İl Jandarma Komandanlığı qruplarına miqrant qaçaqmalçılarının Karaburun rayonundakı balıqçılıq limanına məxsus qayıqla İtaliyaya qaçqın aparmağa hazırlaşdıqlarına dair məlumat daxil olub.

Karaburun Respublika Baş Prokurorluğu, İl Jandarma Komandanlığı, Sahil Təhlükəsizlik Ege Bölgəsi Komandanlığı və MİT Regional Müdirliyi tərəfindən ortaq istintaq aparılıb.

Əfqanıstan və İrandan olan hamilə qadınlar və uşaqlar daxil olmaqla 109 qaçqın qayıqda xilas edildi.

Qaçaqmalçılıqda şübhəli bilinən 4 nəfər saxlanılsa da biri sərbəst buraxılıb.

Yoxlama zamanı qaçqınları daşıyan qayığın mühərrikində bir nasazlıq aşkar edildiyi və pis hava şəraitində batma təhlükəsinin olduğu müəyyən edilib.

Avropaya getmək arzusu ilə təşkilatçılara külli miqdarda pul verdiklərini söyləyən miqrantlar mindikləri qayıqda çox insanın olduğunu deyiblər.