08 aprel 2021 01:51
1581

İki “Mercedes” toqquşdu, xəsarət alan var

Cəlilabadda yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, qəza zamanı iki “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.