08 aprel 2021 00:02
2584

Ağdaban soyqırımının 29-cu ildönümüdür

Bu gün Ağdaban soyqırımının 29-cu ildönümüdür.

"İki sahil" xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcər rayonunun işğalı zamanı Ağdaban kəndində olan 130 evinin hamısını yandırıb. Kənd əhalisinin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev verib, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb və bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.