14 aprel 2021 13:12
765

Həmsədrlər Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi tələbindən imtina etməyi tələb edirdilər

2016-cı ilin aprel döyüşlərindən bir müddət əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi tələbindən imtina etməsini tələb etdilər.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışında deyib.

Hökumət başçısı bildirib ki, Azərbaycan Qarabağın statusu ilə bağlı mövqeyini tədricən sərtləşdirib. Üstəlik, 2014-2015-ci ildən başlayaraq Bakının bu mövqeyi həmsədrlər tərəfindən dəstəklənib.

“Vasitəçilərin Ermənistan tərəfinə Dağlıq Qarabağın müvəqqəti statusu tələbindən imtina etməsini təklif etməsindən sonra 2016-cı ilin aprel döyüşləri oldu. Dəqiq şəkildə bildirim -  2016-cı ilin aprelindən iki ay əvvəl vasitəçilər Ermənistan tərəfinə Qarabağın aralıq statusu ilə bağlı məsələdən imtina etmək təklifi verdilər”- deyə Paşinyan bildirib.

O, qeyd edib ki, erməni tərəfi bu təklifdən imtina edib və bundan iki ay sonra bəzi ərazi itkiləri bahasına başa gələn aprel müharibəsi başlayıb. O, danışıqlar prosesində “DQR”in statusu ilə bağlı referendumun keçirilməsinə dair razılaşmaların əldə olunduğunu deyib. Sənədlər paketində referendumla bağlı bir bənd var idi, lakin referendumun vaxtı və "sahəsi" müzakirə edilmirdi. Azərbaycan da öz növbəsində hər zaman qeyd edirdi ki, referendum bütün Azərbaycan ərazisinidə keçirilməlidir.