26 noyabr 2026 18:22
158

Gələcək buradadır: Dünya üzrə hər üçüncü iri şirkət kibertəhlükəsizlikdə Sİ agentlərinin potensialını vurğulayır

Kaspersky-nin daxili tədqiqat mərkəzinin məlumatlarına görə, dünya üzrə iri təşkilatların üçdə biri (33%) süni intellekt (Sİ) agentlərini kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində tətbiq etmək üçün perspektivli texnologiya hesab edir. Şirkət bu nəticəni "Kazan Digital Week" beynəlxalq forumu çərçivəsində təşkil olunmuş "Səhvə yer olmayan süni intellekt: Yeni risklər yaratmadan yeni imkanlardan necə yararlanmalı?" adlı sessiyada açıqlayıb.

Sİ-nin təhlükəsizliyini təmin edən platformalar ikinci yerdə qərarlaşıb: respondentlərin 30%-i bu texnologiyanı perspektivli hesab edir. İlk üçlüyü isə sorğu iştirakçılarının 27%-nin potensialını önə çəkdiyi Ümumi süni intellekt (AGI – Artificial General Intelligence) tamamlayır.

"Bir çox şirkət üçün süni intellektin tətbiqi rəqabətqabiliyyətini qoruyub saxlamaq baxımından zəruri şərtdir. Lakin sadəcə yeni texnologiyaları mənimsəmək kifayət deyil, həm də bununla bağlı riskləri anlamaq və onları necə idarə etməyi bilmək lazımdır. Nəticə etibarilə, biznesin təhlükəsizliyinə xələl gətirmədən süni intellektin potensialından istifadə edə bilən təşkilatlar qabağa düşəcəklər. Buna nail olmağın üsullarından birikiberimmunitetdir – bu yanaşmada süni intellekt sistemlərinin və agentlərinin təhlükəsizliyi onlarınlayihələndirmə mərhələsindən qurulur", - deyə Kaspersky-nin Rusiya və MDB ölkələrində biznesin inkişafı üzrə vitse-prezidenti Anna Kulaşova bildirir.

Yeni imkanlar – yeni risklər. Sİ agentləri təşkilatlarda getdikcə daha çox yayıldıqca bu alətləri aşkarlamaq, izləmək və idarə etmək informasiya təhlükəsizliyi komandaları üçün əsas tapşırıqlardan birinə çevrilib.

"Sİ agentləri və onlarla əlaqəli alətlər korporativ infrastruktur daxilində getdikcə daha çox istifadə olunur. Onlar istifadəçi imtiyazlarından istifadə edərək müxtəlif hərəkətlər icra edə bilərlər, məsələn, məlumatlara daxil olmaq, əmrləri yerinə yetirmək və xarici xidmətlərlə qarşılıqlı əlaqə qurmaq. Bu, xüsusilə də bu cür alətlərin istifadəsi təhlükəsizlik şöbəsinin nəzarətindən və müəyyən edilmiş təhlükəsizlik siyasətindən kənar olduqa yeni kibertəhlükəsizlik risklərini ortaya çıxarır. Bu texnologiyadan maksimum fayda əldə etmək üçün təşkilatlar təhdid mənzərəsinə tam baxışı təmin edən, süni intellektlə əlaqəli risklər də daxil olmaqla, risklərin müəyyən edilməsinə və azaldılmasına imkan verən müasir təhlükəsizlik həllərinə, o cümlədən mütəxəssis səviyyəli kibertəhdid kəşfiyyatına ehtiyac duyurlar", Kaspersky-ninantivirus tədqiqatları laboratoriyasının rəhbəri Vladimir Kuskov qeyd edir.

"Korporativ infrastruktura Sİ agentlərinin inteqrasiyası informasiya təhlükəsizliyinə yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, bu cür alətlər korporativ məlumatlara çıxış əldə edə, əmrləri icra edə və xarici xidmətlərlə qarşılıqlı əlaqə qura bilərlər. Buna görə də, şirkətlər Sİ agentlərinə verdikləri icazələrə nəzarət etməli, onların fəaliyyətlərini izləməli və hər hansı qeyri-adi fəaliyyəti dərhal aşkar etməlidirlər. Hərtərəfli təhlükəsizlik strategiyası olmadan, hətta faydalı süni intellekt alətləri belə, kiberhücumlar üçün əlavə giriş nöqtəsinə çevrilə bilər", - deyə Kaspersky-ninAzərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kaspersky texnologiyanın inkişafını yaxından izləyir və yeni təhdidlərə vaxtında cavab vermək üçün öz həllərini daim yeniləyir. Süni intellekt agentləri ilə bağlı riskləri azaltmaq üçün mütəxəssislər təşkilatlara tövsiyə edirlər:

• təcavüzkarların Sİ agentlərindən istifadə etdiyi cari ssenarilərdən xəbərdar olmaq üçün kibertəhdid mənzərəsindəki dəyişiklikləri izləyin. Bunu, məsələn, qlobal təhdid məlumatlarına giriş təmin edən Kaspersky Threat Intelligence dəstinin köməyilə etmək olar. Portalda müxtəlif Sİ agentlərini və təcavüzkarların onları istismar etmək üçün istifadə etdiyi üsulları təsvir edən profillər var.

• “Kaspersky EDR Expert” kimi son nöqtələrinqorunması üçün həlləri tətbiq edin. Sİ agentləri əsasən əməliyyat sistemi daxilində son nöqtələrdə işləyən proqramlar (proseslər) olduğundan və bu cür prosesləri başlada bildiyindən, bu həll onlarınmövcudluğunu və icrasını aşkarlayır, fəaliyyətini izləyir və hər hansı şübhəli davranışa cavab vermək imkanı təmin edir.

• Sİ agentlərinin işə salınmasını idarə etmək və məhdudlaşdırmaq üçün həllər tətbiq edin. Məsələn, biznes üçün Kaspersky Security bu cür imkanlar təklif edir: onun "Tətbiq nəzarəti" komponenti Sİagentlərinin aşkarlanmasına və tənzimlənməsinə, "Veb nəzarəti" komponenti isə istifadəçilərin müəyyən veb-resurs kateqoriyalarına girişinin idarə olunmasına imkan verir.

• etibarsız xarici mənbələrdən yüklənənlər də daxil olmaqla, potensial zərərli təlimatları müəyyən etmək üçün quraşdırılmış tətbiqləri və Sİ agentlərini təhlil edin. “Kaspersky Scan Engine” bu işdə köməyə çata bilər – bu cür təhdidləri aşkar etməyə kömək edir və həmçinin zərərli kodun movcudluğunu aşkarlamaq üçün LLM model fayllarını yoxlayır.

Kaspersky məhsullarının Sİ ilə əlaqəli təhdidləri necə azaltdığı haqqında daha ətraflı məlumatı Securelist.rusaytında əldə edə bilərsiniz.

Sİ agentlərinin istifadəsinin hansı risklərlər müşayiət oluna biləcəyini və onları aradan qaldırmağın üsullarını bilmək üçün Kaspersky mütəxəssisləri tərəfindən hazırlanmış "Süni intellekt agentlərinin kiberimmunitet vasitəsilə təhlükəsizliyi" təlimatına baxa bilərsiniz. Bu sənəd əsasən CIO-lar, CIO-lar, İT menecerləri, memarlar və inkişaf etdiricilər üçün nəzərdə tutulub.

Sİ agentlərinin təhlükəsiz tətbiqi ilə bağlı ayrıca məlumatı"Bulud əsaslı süni intellekt agentlərinin inkişaf proseslərinə təhlükəsiz inteqrasiyası: Kaspersky təcrübəsi"məqaləsindən əldə edə bilərsiniz. Burada şirkətin mütəxəssisləri yuxarıda qeyd olunan bütün risklər nəzərə alınmaqla bulud əsaslı Sİ agentlərinin proqram təminatının hazırlanmasında istifadə qaydaları haqqında danışırlar.

*Sorğu 2026-cı ildə 18 ölkə üzrə müxtəlif sahələri təmsil edən təşkilatlarda kibertəhlükəsizliyə cavabdeh 1800 əməkdaşın iştirakı ilə aparılıb.