14 aprel 2021 16:44
959

Əhali dərmana çox, yanacağa az xərcləyib

2021-ci ilin yanvar-mart aylarında əhali daha çox əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə xərclərini artırıblar. Bu istiqamətdə xərclər 45,5 faiz artıb.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ən çox azalan xərcləri isə elektrik malları və mebellər üzrə olub- 10,6 faiz.

Azalan xərc istiqamətləri sırasında, həmçinin avtomobil benzini və dizel yanacağı da var. Əhali belə xərcləmələrini 9,2 faiz azaldıb.