14 aprel 2021 17:01
1157

Fanatları tərəfindən məhkəməyə verilən məşhurlar - FOTO

Skrilleks

Bəzən konsertlər təhlükə mənbəyinə çevrilə bilər. Kütlənin rəqs etməsi, yanıb-sönən işıqlar və yüksək səslər insanların xəsarət almasına səbəb ola bilər. Belə bir hadisə 2014-cü ildə bu sənətçinin və onun pərəstişkarının başına gəlmişdi.

Belə ki,Skrillex DJ kabinəsindən səhnəyə atlayarkən fanatı olan Jenifer Fraisslı adlı xanımı yaralamışdı. Zərərçəkmiş xanım bu hadisədən sonra məşhuru məhkəməyə verdi. DJ-in vəkili hadisənin videogörüntüsündə onun fanatına xəsarət yetirdiyini göstərmədiyini iddia etsə də, məhkəmə ilə bağlı son qərar verən münsiflər bununla razılaşmadılar. Məhkəmənin qərarı ilə zərərçəkmiş xanım təzminat olaraq   4,5 milyon dollar  aldı.

"Creed" qrupu

"Creed" tanınmış və sevilən qruplardan biridir. Çoxsaylı konsertləri ilə fanatlarını bir araya toplayan qrupun 2003-cü ildə baş verən konserti nədənsə çox uğursuz oldu. Həmin konsertdə qrupun solisti Scott Stapp səhnəyə  sərxoş vəziyyətdə çıxaraq pərəstişkarlarını  şoka saldı. Normal oxuya bilməyən məşhur bir anda konserti yarımçıq qoyaraq səhnədə huşunu itirdi. Sözsüz ki, qrupun çıxışını izləməyə gələn 15.000 fanat ordusu çox qəzəbləndi. Onlardan  bəziləri hətta məhkəməyə müraciət etdilər.

Həmin şikayətlər biletlərinin geri qaytarılmasını  və üzr istənilməsini tələb etdilər. Bu işi aparan   hakim  rok  tənqidçisi  olmadığını və  məhkəmə prosesində sənətə hökm verməyin pis bir fikir olduğunu bildirərək işi rədd etdi.

 Lil Ueyn

Xüsusilə  2009-2014-cü illər arasında rep aləmində ən  müvəffəqiyyətli repçilərdən biri olan Lil Ueyn yeniyetmələrin idealına çevrilmişdir.  Açıq-aşkar mahnıları, qəribə səsi  və şən qafiyələri onu   zirvəyə ucaltmışdı. Lakin 2012-ci ildə baş verən hadisə  onun karyerasında bir çevrilişə səbəb oldu. Həmin ildə məşhur repçinin bir fanatı ondan narazı qalaraq, məhkəməyə müraciət etdi. Onun sözlərinə görə, sevdiyi repçini Los-Ancelesdə yerləşən bir mağazanın yanında görərkən şəklini çəkmək istəyəndə repçinin komandasında olan köməkçilərdən biri  ona skeytboard vasitəsi ilə xəsarət yetirmişdi. Həmin hadisədən sonra Alfred Marino adlı həmin fanat pərəstiş etdiyi reperdən nifrət etdi.

 Justin Biber

Kanadalı müğənni Justin Biber   sevgi mahnıları, böyük gözləri və xarizmatik görünüşü ilə bir çoxlar tərəfindən sevildi.  Demək olar ki, hər yaşda olan qızlar  "Bieber"markası altında olan mallara, albomlarına milyonlarla pul xərcləyirdilər və ən başlıcası onu konsertdə canlı olaraq görmək fürsəti üçün əllərindən gələn hər şeyi edirdilər. 2010-cu ildə  Oregonda keçirilən bir konsertdə fanatlarını təəccübləndirmək üçün  Biber  dəmirdən hazırlanan nəhəng bir  ürəyin içinə girərək, sanki   kütlənin üstünə üzdü. Onun bu izdihamlı  çıxışından sonra beş yaşlı qızı ilə şounu  izləməyə gələn gənc qadın Stacey Betts xəsarət aldıqdan sonra, məhkəmə şikayət edərək aldığı xəsarətlərə görə, təzminat olaraq   müğənnidən 9 milyon dollar tələb etdi. Gənc qadının sözlərinə görə, metallik ürəyin yaratdığı səslər onun eşitmə qabilliyyətinə təsir edərək, onu ömürlük şikəst etdi. Verdiyi bütün ifadələrə baxmayaraq, məhkəmə onun iddiasını rədd etdi.

Mayli  Sayrus

Bir çoxumuz Mayli Sayrusu yaratdığı Hanna Montana obrazı ilə tanıdıq.  Məşhur müğənni Billİ Ray Sayrusun  qızı olan Mayli gənc yaşlarından şou-biznesdə özünəməxsus bir yer tutdu. Bir çox fanatları olan müğənni də qazandığı şöhrətə baxmayaraq 2009-cu ildə bir asiyalı qadın tərəfindən məhkəməyə verilmişdi. Həmin qadının dediklərinə görə,  dostları ilə birliktə çəkdiyi  şəkildə  gözlərini qıyaraq "Çin gözləri"obrazını yaradaraq həmin şəkili  sosial şəbəkədə paylaşmışdı.  Fotoşəkildə bunu etməyən yeganə şəxs bir  gənc  asiyalı idi. Mayli tərəfindən paylaşılan bu fotoşəkil o qədər təhqiredici hesab edildi ki, o Lucie. Jş Kim adlı asiyalı qadın tərəfindən məhkəməyə verildi. Həmin xanım  fotodan təsirləndiyini iddia edərək, etdiyi bu hərəkət ilə bütün asiyalıları təhqir edən Maylidan təzminat olaraq 4 milyard dollar tələb etdi. 160 milyon dollara sahib olan Mayli bu məbləği ödəsə də, bu hadisə onun üçün o qədər də önəmli olmadı.

Aşer

İstedadlı musiqiçi və reper Aşer nəinki sənəti, həmçinin rəngarəng olan intim həyatı ilə də diqqət mərkəzində olub. Beləliklə, 2017-ci ildə 3 fanatı onları herpes infeksiyası ilə yoluxdurduğu üçün onu məhkəməyə vermişdilər. Qeyd edək ki, 2012-ci ildə də oxşar hadisə baş vermişdi. O,zaman   1,2 milyon dollar təzminat olaraq ödəyən Aşer həmin işi uğurla həll etmişdi.

Snoop Dogg

Məşhur reper Snoop Dogg fanatları tərəfindən məhkəməyə verilən məşhurlar sırasına daxildir.Snoopun fanatı olan Riçard Monro onun konsertində mühafizəçiləri tərəfindən aldığı xəsarətlərdən sonra məhkəməyə müraciət edərək, təzminat olaraq reperdən 22 milyon dollar tələb etmişdi. Məhkəmənin qərarı ilə, Snoop Dogg fanatına 500 min dollar ödəməli oldu.

Samirə Tağıyeva, "İki sahil"