14 aprel 2021 22:25
819

Aleksandr Lukaşenko: Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik

Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxışında deyib.

Belarus dövlət başçısı bildirib: Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.

Prezident İlham ƏLİYEV: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.

Prezident Aleksandr LUKAŞENKO: Bunu bilirik, bu, onun başucalığıdır.

Prezident İlham ƏLİYEV: Bakıda oxuyub.

Prezident Aleksandr LUKAŞENKO: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.