18 aprel 2021 10:51
489

Küçədə tibbi maska ​​taxmaq tələbi ləğv edildi

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

“Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska ​​taxmaq məcburiyyət olaraq qalır.