“Eldar Quliyev Azərbaycan kinosunda çox özəl yerə malik müəllifdir. Həmişə də belə olacaq”.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu sözləri "Debüt” film studiyasının direktoru Orxan Abbasov deyib.
"Çünki o fəaliyyətinin ilk illərindən bəri kinoya yeni axtarışlar, eksperimentlər gətirməyə çalışmışdı. Eldar müəllim öz missiyasını gənclərə ötürmək naminə və onlara daha yaxşı şərait üçün 1987-ci ildə “Debüt” studiyasının əsasını qoymuşdu. Bu studiyanın məqsədi gənc kinematoqrafçılar üçün yeni ortam yaratmaq idi. Allah ona rəhmət eləsin", - o bildirib.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”