Ermənistanın Sünik bölgəsində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın gəlişinə qarşı etiraz aksiyası keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Etirazçılar küçələri bağlayaraq Paşinyanın kortecinin keçməsinə icazə vermirlər.
Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.
Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışıblar.
Paşinyan Meğri şəhəri boyunca yürüş keçirməyə çalışıb. Baş nazir çox sayda təhlükəsizlik işçisinin müşayiəti ilə şəhərdə gəzib.
Yerli sakinlər Paşinyana lənət və təhqir dolu söyüşlər yağdıraraq, onun Meğridən çıxmasını tələb edirlər.
Dava-dalaş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.