"Volkswagen ID.4" hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub.
"İki sahil" xəbər verir ki, həmin avtomobil "World Car Awards" mükafatına layiq görülüb.
"Toyota Yaris" ikinci, "Honda E" elektromobili üçüncü yerdə qərarlaşıb.
Eyni zamanda "Honda E" "Ən yaxşı şəhər avtomobili", "Porsche 911 Turbo" "Ən məhsuldar avtomobil", "Mercedes-Benz S-Class" "Ən dəbdəbəli avtomobil" kateqoriyalarında qalib gəlib. "Land Rover Defender" ən yaxşı dizaynlı avtomobil hesab olunub.
Qeyd edək ki, 2020-ci ildə ən yaxşı avtomobil adını "Kia Telluride" qazanmışdı.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib