22 aprel 2021 14:37
1023

Xəstələrindən rüşvət alanların həbs görüntüləri yayıldı - VİDEO

"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərlərinin həbs görüntüləri yayıldı

Koronavirus xəstələrinin müalicəsini həyata keçirən "Yeni Klinika"nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs görüntüləri yayılıb.

"İki sahil" xəbər verir ki, görüntülərdə həbs edilən şəxslərin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, hər iki şəxs bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla həbs olunub.

Görüntüləri təqdim edirik.