Milli Hidrometeorologiya Xidməti iyulun 12-14-də Bakıda və Abşeron yarımadasında eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
“İki sahil” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır