Meksikanın Nuevo-Leon ştatının Apodaka bələdiyyəsində “Augusta 109” helikopteri qəzaya uğrayıb.
"İki sahil" xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti bildirib.
“Report”un məlumatına görə, qəza yerində bir nəfərin meyiti aşkarlanıb.
"Laredo şosesinin 19-cu kilometrliyində hərbi bazanın arxasında, Apodaka bələdiyyəsi ərazisinə helikopter düşüb və yanıb. Hadisə yerində insan meyiti aşkar edilib", - polisin tvitterdəki səhifəsində bildirilir.
Bildirilir ki, həlak olan şəxsdir helikopterin pilotudur. Hadisə yerində xilasedicilər işləyir.