Təqdim etdiyimiz videoda AXCP Gənclər Komitəsinin iclası keçirilir. Gənclər Komitəsinin sədri Emil Səlimov, aparıcı üzvü Türkan Cahangir trolluğun sirləri barədə məlumat verirlər.
AXCP fəalı Fuad Əhmədlinin isə içkili olması diqqətdən yayınmır və təsadüfən əli kameraya dəyir.
Məlum olur ki, AXCP-nin ən aparıcı gənci iclasa çaxır, araq məclisindən qoşulub. Digər iclas iştirakçıları isə gah mahnıya qulaq asır, gah sevgilisi ilə danışır, gah çaxır içir, gah da qulağını qaşıya-qaşıya eyni anda burnunu qurcalayır. Buyurun, bu da AXCP və onun "vətənpərvər" Gənclər Komitəsi. Xalqa özünü "ağıllı", "savadlı" kimi göstərməyə çalışanların əsl simaları.