"Ruzini Allah verir, dolanışıq sarıdan pis deyilik. Düzdür, o vaxtkı kimi deyilik. Amma elə də çətinlik yoxdur. Arada işlər olur gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur. 15 nəfərlik ansambldan düşdük 3 nəfərə".
"İki sahil" xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi pandemiyada evlərdə keçirilən məclislərə qatıldığı etiraf edib.
Elton biznes qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib: "Biznesi bilmədən qurmaq olmur. Ən gözəl biznes sevdiyin işlə məşğul olmaqdır. Musiqinin haqqını verən insan musiqi ilə məşğul olmalıdır".
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”