30 aprel 2021 16:27
1012

Şəmkirin sabiq icra başçısının maralları üzə çıxdı - VİDEO

DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral saxladığı məlum olub.

“İki sahil” Real TV-yə istinadla xəbər verir ki, A.Məmmədov başçı təyin edildikdən bir qədər sonra bu təsərrüfatı yaradıb. Sabiq başçı rayonda maral sevgisi ilə tanınıb.

Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir.

Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.