Bakı metrosunda qatarlarının əsas dayanacaq yeri olan daha üç qanovda təmir işləri yekunlaşıb.
"Bakı Metropoliteni" QSC-dən "İki sahil"ə verilən məlumata görə, ümumilikdə, bu günədək təmir olunan qanovların sayı 9-a çatdırılıb. Yenidən qurulan qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.
Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac-şpal dəmir-beton analoqu ilə əvəzlənib. Tədbirlər çərçivəsində yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır