Bu gün 85 yaşında vəfat edən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək.
“İki sahil” xəbər verir ki, Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək. Pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.
Xalq şairi I Fəxri xiyabanda torpağa tapşırılacaq.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”