ABŞ-ın "SpaceX" şirkəti ötən gün "Starship" kosmik gəmisinin prototipinin uçuş sınaqlarını keçirib. Sınaqların yekunu olaraq Marsa uçuşlar üçün nəzərdə tutulmuş kosmik gəmi şaquli vəziyyətdə eniş edə bilib.
"İki sahil" xəbər verir ki, sınaqlar "Youtube" video paylaşma platformasında yayımlanıb.
"Starship" kosmik gəmisinin prototipi bir neçə dəqiqə ərzində təxminən 10 km yüksəkliyə qalxıb.
Bundan sonra, gəmi Boka-Çika rayonunda (Texas ştatı) yerləşən başlama kompleksinin yanında yerləşən sahəyə uğurlu eniş edib.