09 may 2021 00:25
510

Üç partlayış nəticəsində 15 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məktəblərdən birinin yaxınlığında silsilə partlayışlar törədilib.

"İki sahil" bildirir ki, bu barədə "Tolo News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, baş vermiş partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Əfqanıstanın Daxili İşlər Nazirliyi üç partlayışın törədildiyini açıqlayıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.