“Azərbaycanın milli maraqlarını hər zaman uca tutan ulu öndər Heydər Əliyev - “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyirdi və hər zaman Qarabağ torpaqlarının azad olunacağına inanirdı.”
“İki sahil” xəbər verir ki, bu fikirlər SOCAR-ın “telegram” səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.
Paylaşımda qeyd olunub, ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Qarabağ torpağında dalğalanır: “Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiram və böyük hörmət hissi ilə yad edirik.”
“YAŞAT” düşərgəsinin dördüncü həftəsi iştirakçılar üçün müxtəlif maarifləndirici və idman proqramları ilə yadda qalıb
Məmmədzadə Zeynəbin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir