“Netflix” xidməti məşhur aktyor Arnold Şvarseneggerin baş rol oynayacağı casus serialını sifariş edib.
"Dünyanın hər yerindən pərəstişkarlarım illərdir məndən belə bir dəli gəzinti istəməyə başladılar və indi nəhayət “Skydance” və “Netflix”dəki böyük tərəfdaşlarımız sayəsində bunu əldə edirlər", - deyə Şvarsenegger bildirib.
Qeyd edilir ki, Şvarsenegger həmçinin layihənin icraçı prodüseri olacaq.
Serialda əsas rolları ata (Şvarsenegger) və qızı (Monika Barbaro) oynayacaqlar. Filmin süjet xəttinə əsasən onlar hər ikisi bir-birindən gizli Mərkəzi Kəşfiyyat İdarəsində işləyir. Serialın süjeti casus intriqaları, yumor fonunda inkişaf edəcək.
Xatırladaq ki, Arnold Şvarsenegger 2003-2011-ci illərdə Kaliforniya ştatının qubernatoru olub.
“Report”
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”