Ömrünün 92-ci ilində Almaniyada vəfat edən görkəmli Azərbaycan rəssamı Tahir Salahov Bakıda dəfn ediləcək.
"İki sahil" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova bildirib.
“O, bu gecə ağciyər iltihabından vəfat edib”, – A.Salahova deyib.
Onun sözlərinə görə, T.Salahov Bakıda dəfn ediləcək, dəfn tarixi bir qədər sonra məlum olacaq, hazırda səfirliklə danışıqlar aparılır.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”