23 may 2021 14:03
1175

Əlcəzairdə Azərbaycan milli geyimi və rəqsi təqdim olunub

Əlcəzairdəki “Karitas” Beynəlxalq Xeyriyyə Cəmiyyətində Əlcəzair və Afrikanın digər ölkələrinin milli qadın geyimlərinin nümayiş etdirildiyi moda festivalı keçirilib.

Azərbaycanın Əlcəzairdəki səfirliyindən "İki sahil"ə verilən məlumata görə, tədbirdə fəxri qonaq qismində Azərbaycan, Ukrayna və Pakistan təmsilçiləri də iştirak ediblər. Əlcəzairdə yaşayan gənc soydaşımız Xumar Nəbiyeva milli geyimdə, dövlət bayrağımızın fonunda “Qaval” rəqsini ifa edib.

Azərbaycanlı gənc qızın təqdimatı əlcəzairli tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.