27 may 2021 17:10
3161

Pirsinq haqqında nələri bilirik?

Ən qədim pirsinqli mumiya 1991-ci ildə Avstriyanın Similaun buzlaqlarında tapılmışdır. Burada aşkar olunan mumiyanın yaşı təxminən 5300dən artıq idi. Mütəxəssislərin mumiyanın qulağında  olan deşiyi  bu dini mərasimlə əlaqələndirdilər. Deyilənlərə görə, qədim zamanlarda bəzi tayfalar dini mərasimlərdə pirsinqlərdən istifadə edirdilər və  bu adət indiyədək bəzi tayfalarda qalmaqdadır.

Müasir pirsinqin yaradıcıları Duq Mallo və Cim Vard hesab olunur. 1975-ci ildə Cim Vard ABŞ-da ilk pirsinq salonu açdı və bununla da pirsinq bizim indiki dövrümüzə gəlib çıxdı. Duq Mallo özüdə pirsinq həvəskarı idi.

İlk burun pirsinqi Yaxın Şərqdə 4000 il bundan əvvəl yaranmışdır. İbrahim peyğəmbərin oğlunun anasına ilk hədiyyəsi “qızıl sırğa” olur. Bu sırğanın adını "Shanf" qoyurlar. "Shanf" sözünün mənası “burun üzüyü” deməkdir.

Sinə pirsinqi Qədim Romada yaranmışdır. Yuli Sezarın qoruyucuları, Roma senturionları (qədim Romada 100 nəfərdən ibarət qoşun dəstəsinin başçısı) döşlərinə üzük keçirirdilər. Bu da şücaət, mərdlik və kişilik əlaməti idi.

Pirsinq fanatı olan ingilis Lesli Xovell hətta "Ginnesin Rekordlar Kitabı"na daxil olub. Qeyd edək ki, onun bədənində düz 118 pirsinq var idi. Məhz onun pirsinqə olan bu sevgisi həyatına son qoydu. Uzun illər ərzində  bədənində olan müxtəlif pirsinqlər  mikrob və infeksiyalar yaradaraq, artıq onun qanını belə zəhərləmişdir. 1997-ci ildə Eleyn Devidson  Lesli Xovellin rekordunu yenilədi. Onun  bədənində 462 pirsinq ilə "Ginnesin Rekordlar Kitabı" na  düşdü. Cəsarətli Eleynin  tək başında 192 pirsing var idi.

XVI əsrdə pirsinq Avropa ölkələrində dəbdən düşdü. Bunun səbəbi qulağı örtən saç düzümlərinin meydana gəlməsi idi. 1930-cu ildə Şimali Amerikada kişilər pirsinqi yenidən dəbə gətirdi. Həmin dövrlərdə kişilər daha çox pirsinqdən istifadə edirdilər. Qulaq pirsinqindən istifadə edən məşhurlar sırasında Uiliyam Şekspir, İngiltərə kralı Kral I, Uolter Roli, Fransa kralı Henrik III və.s misal gətirmək olar.

Son illər ərzində pirsinqin yeni növü dəbə düşüb. Həmin pirsinqin adı "Brain-pirsing"dir( yəni beyin pirsingi) . Xüsusi narkozla olunan bu pirsinq çox təhlükəlidir. Beyində təsiredici olmayan yerdə iki deşik açılır. Və həmin deşiklərə brain-pirsing üçün nəzərdə tutulmuş xüsusi halqalar taxılır. Lakin bu halqalara möhkəm toxunulduqda beyində qanaxmalar və daha təhlükəli hallar baş verir. Hətta ölümlə belə nəticələnir. Ölümdən qorxmayan və həyatını riskə atmağı sevən insanlar bu pirsinqdən istifadə edirlər. Hal-hazırda bütün dünyada "brain-pirsing"di elətdirən onlarla insan dünyasını dəyişib.

Samirə Tağıyeva, "İki sahil"