Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayeva dəfn olunub.
“İki sahil” xəbər verir ki, o, Xırdalan qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın dəfn mərasiminə əklil göndərib.
Qeyd edək ki, Z.Abdullayeva bu gün uzun sürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. 2018-ci ildə yeganə oğlunu itirdikdən sonra onun səhhətində problemlər yaranmışdı. Uzun müddətdir ağır xəstəlikdən xəstəxanada müalicə olunurdu.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”