28 May-Respublika Günü münasibətilə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov İstanbulda konsert proqramı ilə çıxış edib.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, konsert COVID-19 pandemiyası səbəbindən yutub sosial şəbəkəsi vasitəsilə yayımlanıb.
Klassik musiqi sevərlər konsert proqramının videoyazısını CRR-in yutub kanalında (https://www.youtube.com/watch?v=DYHWlwZ8PsU) izləyə bilərlər.
Qeyd edək ki, İslam Manafov uzun illərdir elmi-pedoqoji və yaradıcılıq fəaliyyətini qardaş Türkiyədə davam etdirir.
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib
Tünzalə Ağayeva və Nəsimi Məmmədovdan romantik duet – “Sənin üçün doğulmuşam”