“Beynəlxalq ictimaiyyət Kəlbəcərdə baş verən hadisələrə səssiz qalmamalıdır. Bu, əxalqi məsələdir".
"İki ölkə arasında razılaşmaya imza atılıb. Artıq şəxsi kinə və şəxsi nifrətə gərək yoxdur. Müharibə olub və bitib”
"İki sahil" İctimai TV-yə istinadən xəbər verir ki, bu sözləri Kəlbəcərdəki son hadisələrə münasibət bildirərkən məşhur türkiyəli müğənni Haluk Levent deyib.
Sənətçi əlavə edib ki, Ermənistanın hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insanlıq əleyhinə cinayət və beynəlxalq razılaşmalara ziddir.