07 iyun 2021 02:25
2008

Bədavi Hüseynov zədələndi

Bu gün Moldova ilə yoldaşlıq oyunu keçirən milli komandamız görüşü 10 nəfərlə başa vurub.

"İki sahil" xəbər verir ki, yığmamızın aparıcı üzvü Bədavi Hüseynov zədələnib.

“Qarabağ”ın müdafiəçisi görüşün 80-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə sol ayağından xəsarət alıb. O, görüşü davam etdirə bilməyib. Əvəzetmə limiti dolan yığmamız son dəqiqələri azlıqda keçirib. 

Qeyd edək ki, görüş Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.