10 iyun 2021 13:56
737

Açıq havada yeni kinoteatr açıldı - FOTO/VİDEO

“CinemaPlus”un tamaşaçıları kinoteatrlar üçün çox darıxıblar və bunu nəzərə alaraq belə bir layihəni ərsəyə gətirib.

"İki sahil" xəbər verir ki, Şamaxı şəhərində yerləşən “Abqora” restoranında, “Meysəri” şərabları və “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da hər həftə sonu, cümə, şənbə və bazar günlər açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə bilərlər. 

Filmlər və seanslar haqqında məlumatı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin sosial şəbəkələrindən əldə edə bilərsiniz. 

Ətraflı məlumat üçün +994 55 251 20 22 nömrəsi ilə əlaqə saxlayın.

“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsi qapalı məkanlarda öz fəaliyyətini müvəqqəti dayandırıb.

Ətraflı məlumat sosial şəbəkələrimizdə qeyd olunacaq.