10 iyun 2021 15:21
1818

Səidə Sultan: Məndə kişilərlə alınır

Müğənni Səidə Sultan kişilərlə daha çox dostluq etdiyini bildirib.

"İki sahil" xəbər verir ki, “Salami şou” proqramında qonaq olan ifaçı açıqlamaları ilə diqqət çəkib: “Məndə kişilərlə daha yaxşı alınır. Qızlarla dost oluram, sonra öz-özünə küsüb, inciyir gedir. Anlamıram. Paxıllıq elə bir hissdir ki, hamıda var. Kim desə ki, məndə yoxdur, yalan danışır. Amma gərək öz-özünü tərbiyələndirəsən. Mən özümdə paxıllıq görəndə aradan qaldırmaq istəyirəm”.