Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.
"İki sahil" xəbər verir ki, nazirin əmri ilə polis mayoru Mais Məmmədov Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.
Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edildi
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib