23 iyun 2021 11:43
872

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 8 % azalıb

Bu ilin may ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 15,580 milyon barel neft nəql edilib.

Bu barədə “İki sahil” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 1,374 milyon barel və yaxud 8,1 % azdır.

Bu ilin yanvar-may ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 84,185 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 10,558 milyon barel və yaxud 11,14 % azdır.