23 iyun 2021 19:37
1236

Nigar Camal kimdir, aktrisadır?

"Nüşabə Ələsgərli, Roza Zərgərli, Sevda Sanəliyeva ilə barışmışam. Nüşabə xanımla daha böyük müsahibə olmuşdu. Sevda və Roza xanımla yüngül inciklik idi".

"İki sahil" axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Afət Fərmanqızı "7 Canlı" proqramında deyib. İfaçı ona təqdim edilən fotolara münasibət bildirib.

Nigar Camalla bağlı "Ondan xoşunuz gəlmir" sualına Afət "Nigar kimdir? Aktrisadır? Olsun elə o" cavabını verib.

Sənətçi Xalq artisti Flora Kərimova ilə bağlı qalmaqalından bəhs edib. O bildirib ki, Kərimovanın sənətini çox sevir, amma onu bağışlamayacaq.