Xalq artisti Röya Ayxan növbəti layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, müğənni Milli Sevgililər Günündə “Dolunay” adlı mahnısı ilə izləyicilərini sevindirib.
Sözləri və musiqisi Ceyhun Bayramlıya (Jay Hun) məxsus bəstə bu gün “YouTube” platformasına yerləşdirilib.
Aranjemanı Xalis Xana məxsus mahnıda saksafonda Lütfiyar Əliyev ifa edib. “Dolunay” “Musıc”, “Spotify”, “Deezer” kimi musiqi platformalarında da dinləyicilərin ixtiyarına verilib.