İyulun 2-də “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.
“Azərxalça”nın mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək