İki həftədir ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu vəziyyətdə medikamentoz yuxuda olan rusiyalı müğənni MakSimin (Marina Maksimova) vəziyyətində dəyişiklik hələ yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə müğənninin piar-meneceri Yana Boquşevskaya bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, həkimlər yeni koronavirus testi etməyiblər.
“Bütün [əvvəlki] testlər mənfi idi, indi, əlbəttə, test etmirlər, müalicə ilə məşğul olurlar”, - o deyib.
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək