Hollivud ulduzu Cennifer Enistonun oxşarı qısa müddət ərzində "TikTok" fenomeninə çevrilib.
"İki sahil" axşam.az-a istinadən xəbər verir ki, məşhur ulduzun əkizi kimi görünən şəxsin adı Lisa Traneldir.
Daha əvvəl heç kimin tanımadığı Lisa, "TikTok"dakı paylaşımları ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Çünki bəziləri onun Cennifer Eniston olduğunu düşünüblər. Paylaşımları 192 mindən çox izləyiciyə çatan Tranel insanların müqayisələrindən sonra hesabında "Mən Cennifer Eniston deyiləm" yazmalı olub.
Qeyd edək ki, Lisa təkcə üz cizgiləri və fiziki özəllikləri ilə deyil, eyni zamanda hərəkətləri, mimikaları və danışığı ilə də aktrisaya bənzəyir.
Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək