07 iyul 2021 02:38
1122

Eltac Səfərli “Masters” turnirində liderlər qrupunda mübarizə aparır

Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri davam edir.

Keçirilmiş dörd turdan sonra yarışın “Masters” turnirində Azərbaycan şahmatçılarından Eltac Səfərli 5 xalla liderlər qrupunda mübarizə aparır. Təmsilçilərimiz Ülvi Sadığov, Aydın Süleymanlı, Pərviz Qasımov liderdən cəmi yarım xal geridədirlər.

Qeyd edək ki, “Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.

AZƏRTAC