Meyxanaçı Namiq Qaraçuxurlu xanım pərəstişkarlarının ona olan sevgisindən danışıb.
“İki sahil” xəbər verir ki, sənətçi "Özəl" verilişində bu haqda söhbət edib. Namiq ilk klipi "Rəvayət"dən sonra ona gələn zənglərdən telefonunun enerjisinin bitdiyini bildirib:
"Telefonumun enerjisinin bitməsinin səbəblərindən biri də xanımların zəngləri idi. Daha çox onlar telefon açırdılar ki, "Mən filankəsəm, filan yerdə işləyirəm". Ona qədər tamaşaçı sevgisi görmüşdüm. O baxımdan hər zaman cəlb etməyi bacarmışam. Toylarda səsimlə, görünüşümlə, duruş-oturuşumla bəyənilirdim, zənglər gəlirdi. Kimsə öz sevgisini etiraf edirdi. Amma bu klipdən sonra daha kütləvi oldu. Bu şeydə təbii ki, o vaxtkı xarici görünüşüm də yardım edirdi".
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir