Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında körpünün uçması nəticəsində 9 nəfər həyatını itirib.
“İki sahil” xəbər verir ki, Kinnaur vilayətində torpaq sürüşməsi səbəbindən böyük daş parçaları dağdan yuvarlanaraq körpünün üzərinə düşüb. Nəticədə körpü üçüb.
Hadisə baş verən zamanı körpünü avtomobillə keçənlərin doqquzu ölüb, daha üç nəfəri xəsarət alıb.