30 iyul 2021 09:19
997

Yasemin 20 minlik çantası ilə gündəmdə

Bodrumda istirahət edən türkiyəli aktrisa Yasemin Özilhan sosial şəbəkədə yeni fotosunu paylaşıb.

 

“İki sahil” xəbər verir ki, aktrisa kombini ilə diqqət çəkib. Y.Özilhanın "Gia Borghini" markasına məxsus ayaqqabısı 6 min TL, "Bottega Veneta"dan olan çantası 20 min 950 TL, "Ila The Brand" pencəyi isə 1850 TL dəyərindədir.

Aktrisa kombini üçün ümumi olaraq 28 min 800 TL (təxminən 5 min 719 manat) ödəyib.