Məşhur aktrisa Skarlett Yohansson Disneyi məhkəməyə verib.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, aktrisa "Black Widow" filmi üçün şirkətlə bağladığı müqavilənin şərtlərinə əməl edilmədiyini bildirib.
O, razılaşmanın pozularaq filmin eyni vaxtda həm "Disney+", həm də kinoteatrlarda yayımlanmasından narazıdır. Buna səbəb ekran işinin eyni vaxtda bu cür təqdim olunması filmdən əldə olunacaq gəlirə təsir etməsidir.
"The Wall Street" nəşrinin verdiyi məlumata görə, aktrisa bu qayda pozuntusuna görə, 50 milyon dollar gəlir itirə bilər.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir