Heydər Əliyev Mərkəzinin qarşısında dünya şöhrətli fotoqraf Reza Deqatinin sərgisi təşkil olunub.
"İki sahil" xəbər verir ki, "Humanity" adlı sərgidə fotoqrafın dünyanın müxtəlif yerlərinə səfəri zamanı çəkdiyi fotolar nümayiş etdirilir.
Qeyd edək ki, Reza Deqati 20 Yanvar hadisələrini, o cümlədən, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkib. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatının yaddaşına köçürüb. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb.
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir