01 avqust 2021 13:39
1437

Günel Məhərrəmova müxbiri necə aldatdı? VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin mövsüm finalı olub. Son buraxılışda ötən mövsüm ərzində yaşananlar müzakirə edilib.

“İki sahil” xəbər verir ki, verilişin müxbirlərindən olan Aytac Vəlibəyli ifaçı Günel Məhərrəmova ilə bağlı maraqlı açıqlama edib: “Günel Məhərrəmova ilə bağlı sirr tapmışdıq. Onunla müsahibəyə getdik. Olduğu məkana gedib bir saatdan çox gözlədik. Sonradan öyrəndik ki, həqiqətən orada olub, sadəcə bizim orada olduğumuzu bilib başqa qapıdan çıxıb getmişdi”.